ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏ PROSESİNDƏ EKSPERTLƏR ZİDDİYYƏTLİ İFADƏLƏR VERİBLƏR

Bu gün (07 iyul) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirildi.

  Prosesdə  Ədliyyə Nazirliyi  Məhkəmə Ekspertiza Mərkəzində "Mənim savaşım" kitabına kompleks rəy vermiş Bakı Dövlət Universitetinin müəllimləri – Fəlsəfə elmləri namizədi, dosent Arif Rüstəmov, psixologiya elmləri namizədi, dosent Rövşən Cavadov və filologiya elmləri doktoru, professor Tofiq Hacıyev şahid qismində ifadə verdilər.
     Şahidlər ifadələrində bildirdilər ki, onlara ekspertizanın cinayət işi ilə əlaqədar olması barədə əvvəlcədən məlumat verilməyib və heç biri bu kitabı oxumayıblar. Ziddiyyətli ifadələr verən şahidlərin fikirlərindən o da aydın oldu ki, onlar Əvəz Zeynallının yazdığı “Tərcüməçidən” bölümündəki fikirlərində milli-irqi, dini və sosial ayrı-seçkiliklə bağlı yox, yalnız kitabın təbliğatı ilə bağlı məqamlar olub.
     Əvəz Zeynallı şahidlərin  ziddiyyətli ifadələr verməsini və ekspertizaya göndərilmiş suallara cavab verməmələrini əsas gətirərək, rəyin etibarsız hesab edilməsi və təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verdi. Vəsatəti qəbul etməyən hakim bildirdi ki, artıq məhkəmə istintaqı yekunlaşıb və növbəti prosesdə yekun çıxışlar dinləniləcək.
     Dövlət ittihamçısı Elfaq Səfərov bildirdi ki, Ə.Zeynallının  əvvəllər məhkumluğunun olub-olmaması ilə bağlı  Daxili İşlər Nazirliyindən tələbnamə alınmalıdır.
     Hakim növbəti i tələbnamə alınana kimi  prosesi qeyri-müəyyən vaxtadək təxirə saldı.

    Xatırladaq ki, Adolf Hitlerin "Mənim savaşım" kitabının  tərcüməsinə görə, 2004-cü ilin dekabr ayında MTN-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1 maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılmış  və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci  ilin may ayında kitabın ikinci nəşri ilə əlaqədar cinayət işi Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in istintaq idarəsinə göndərilmiş və həmin ilin avqust ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir.

Previous Post

“XƏZƏR-LƏNKƏRAN” FUTBOL KLUBUNUN PREZİDENTİ İKİ JURNALİSTİN HƏBSİNİ İSTƏYİR

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.