HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Bu gün  (20 iyul) Ayəndə Mürsəliyeva  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət  Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın  özü məlumat verib. 

O,  baş redaktorun səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib.A.Mürsəliyeva həyat yoldaşının Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin keçirdiyi sorğuda “Jurnalistlərin dostu” seçilməsinə sevindiyini vurğuladı.
 Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

Emin Milli və Adnan Hacızadənin Apellyasiya məhkəməsi 20.07.2009

Next Post

MÜŞFİQ HÜSEYNOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.