QƏNİMƏT ZAHİDOVUN ƏLYAZMALARI LƏĞV EDİLƏ BİLƏR

Dünən (07 iyul) ailəsi 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla (Zahid) görüşüb.

Bu barədə RATİ-yə jurnalistin həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib. Onun sözlərinə görə, Q. Zahidovun səhətində problemlər yaranıb: “Qənimətin şikayəti göz ağrılarından və revmatizmdəndir”.
Habelə həyat yoldaşı baş redaktorun 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı kitabın əlyazmalarının tapıldığını bildirib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Penitinsiar Xidmətinə verilən əlyazmalar ötən həftə Bayıl İstintaq Təcridxanasının rəisi Misir Əliyevə qaytarılıb. Amma rəisin əlyazmaları geri qaytarmaq fikri yoxdur. ”Mən Misir müəllimlə görüşdüm. O, mənə bildirdi ki, əlyazmaları Qənimətə qaytarmayacaq. Onun sözlərinə görə, həmin əlyazmalarda dövlət əleyhinə yazılar var və buna görə də,  akt tərtib edib həmin əlyazmaları ləğv edəcəklər”, –  deyə qeyd edən Mürsəliyeva problemlə bağlı məhkəməyə müraciət etməyə hazırlaşdıqlarını bildirdi.

Previous Post

TANINMIŞ JURNALİST MƏMMƏD NAZİMOĞLU VƏFAT ETDİ

Next Post

Qənimət Zahidovu şərləyərək həbs etdirən Sevgiladə Quliyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.