TANINMIŞ JURNALİST MƏMMƏD NAZİMOĞLU VƏFAT ETDİ

Dünən (06 iyul) tanınmış jurnalist Məmməd Nazimoğlu uzun sürən xəstəliyindən sonra 49 yaşında vəfat edib.

Mərhum jurnalist 1959-cu ildə Ağdaş rayonunun Nemətabad kəndində anadan olmuşdu. O, 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Azərbaycanın ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından olan M. Nazimoğlu “Xalq qəzeti”, “525-ci qəzet”, “Ulus”, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans” və digər KİV-lərdə işləyib. Habelə mərhum jurnalist ANS TV-də yayımlanan “Qulp” verilişinin müəlliflərindən biri olub. Mərhum jurnalist son dövrdə Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru vəzifəsini icra edirdi.
Mərhum M. Nazimoğlu anadan olduğu kənddə dəfn olunub.

Allah rəhmət eləsin!

Previous Post

Sergey Strekalinin mehkemesi 03.07.2008

Next Post

QƏNİMƏT ZAHİDOVUN ƏLYAZMALARI LƏĞV EDİLƏ BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.