YAPONİYA JURNALİSTLƏR BİRLİYİNİN SƏDRİ FƏTULLAYEVLƏ BAĞLI İLHAM ƏLIYEVƏ MƏKTUB GÖNDƏRİB

Bu gün (06 oktyabr) ailəsi “Realniy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə RATİ-yə baş redaktorun atası Emin Fətullayev məlumat verib.

Onun sözlərinə görə, Yaponiya jurnalistlər birliyinin sədri Kei İqhikava Prezident İlham Əliyevə məktub göndərib. Məktubda E. Fətullayevin azad olunması və ona kompensasiyanın ödənilməsi istənilib.“Eynulla Avropa Məhkəməsinə onun həbsinin əsl səbəbləri haqqında ifadə yazır. Qəzetləri yenə də ona vermirlər. Eynulla dedi ki, hüquq müdafiəçiləri onun azadlığa buraxılmasına nail ola bilmirlərsə, heç olmasa qəzetlərin əldə etməsinə kömək etsinlər”, – deyə baş redaktorun atası əlavə edib.    

Previous Post

QƏNİMƏT ZAHİDOVUN İDDİASI TƏMİN OLUNMADI

Next Post

ANS TELEKANALININ ƏMƏKDAŞININ İNTİHAR ETDİYİ BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.