ZAHİDOVUN VƏKİLİNƏ SUİ-QƏSD EDİLİB

Martın 15-də “Azadlıq” qəzetinin həbs edilmiş baş redaktoru Qənimət Zahidovun vəkillərindən biri olan Osman Kazımova qarşı 3 nəfər naməlum şəxs  tərəfindən hücum edilib.

Osman Kazımovun RATİ-yə verdiyi məlumatına görə, bu hadisə axşam saat 21.00 radələrində vəkilin mənzilinin  yaxınlığında baş verib. Vəkil qeyd edib ki, “evdən çıxıb 200 metr irəlilədikdən sonra 3 nəfər mənə yaxınlaşdı və onlardan biri Naxçıvan ləhcəsində “sən  qudurmusan” ifadəsini işlətdi. Bundan sonra həmin şəxslər hücuma keçdilər, onlarla əlbəyaxa oldum. Birinin zərbəsini dəf etsəm də, digəri təpiklə ayağıma zərbə endirdi. Lakin bu müqavimətdən sonra onlar məni təhqir edərək və hədələyərək uzaqlaşmağa başladılar”. Kazımov bu hadisənin kim tərəfindən törədildiyi barədə onda heç bir məlumatın olmadığını, hadisə barədə mətbuata və vəkillər kollegiyasına məlumat verdiyini bildirib.
Previous Post

“LİDER” TELEVİZİYASI AQİL XƏLİLƏ QARŞI “QARA PİAR” KAMPANİYASI APARIR

Next Post

ANASI MİRZƏ SAKİTLƏ GÖRÜŞƏ BİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.