“LİDER” TELEVİZİYASI AQİL XƏLİLƏ QARŞI “QARA PİAR” KAMPANİYASI APARIR

“Lider” televiziyasının “Səda” proqramının şənbə və bazar buraxılışlarında “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı xüsusi reportaj yayımlanıb.

Bütün bu olanları süni ajiotaj adlandıran verilişin aparıcısı bildirib ki, “vəziyyəti yaxşı olan jurnalist həkimlərin nəzarətindədir. Həkimlər vəziyyətinin yaxşı olduğunu və nə vaxt istəsə evə gedə bilər deməsinə baxmayaraq, jurnalist nədənsə xəstəxananı tərk etmək istəmir”.
Jurnalistin palatasında ona baş çəkməyə gələnlərin yüksək əhval- ruhiyyədə olduğunu və jurnalistin iştahının yüksək olduğunu izləyicilərin diqqətinə çatdıran aparıcı baş vermiş hadisəni Azərbaycanın dinamik inkişafını gözü götürməyən qüvvələrin süni ajiotaj yaratmaq istəyi kimi qiymətləndirib: “Sarğıdəyişmə otağına əlil arabasız gedən jurnalistin tanışları palatanın qabağını kəsərək bununla da şou yaratmaq istəyirlər”.  
Bu hadisədən müəyyən qüvvələrin öz mövqeyi üçün istifadə etdiyini vurğulayan aparıcı məsələni sifarişçi mənbənin sifarişi ilə şişirtməyə çalışdıqlarını söyləyib. Seçkidən-seçkiyə belə bəyanatların səsləndirildiyini deyən aparıcı bildirib ki, “seçki  qabağı belə bəyanatlardan birini “Beynəlxalq böhran qrupu”nun rəhbəri Sabina Freyzer səsləndirib. S.Freyzer radikal düşərgəni Ermənistanda baş verən olayların təkrarlanacağına inandırmağa çalışıb. Təbii ki, bu da seçki öncəsi bir çox anti -Azərbaycan mövqedən çıxış edən qurumların əlaltısına çevrilmiş radikal düşərgədən ibarət auditoriya üçün hesablanmış proqnozdur”.   

Previous Post

RATİ “AZADLIQ” QƏZETİNİN BIÇAQLANMIŞ ƏMƏKDAŞINA BAŞ ÇƏKİB

Next Post

ZAHİDOVUN VƏKİLİNƏ SUİ-QƏSD EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.