VƏKİLLƏRİ QƏNİMƏT ZAHİDLƏ BAĞLI APELYASİYA MƏHKƏMƏSİNİN ƏDALƏTLİ QƏRAR VERƏCƏYİNƏ İNANMIRLAR

Bu gün (07 may) Bakı şəhər Apelyasiya Məhkəməsində hakimi Abid Abdinbəyovun sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun həbsindən verilən şikayət üzrə məhkəmə iclası keçirildi.

Məhkəmənin ədalətli qərar verəcəyinə inanmayan Zahidov bu dəfə də prosesdə iştirak etmədi.

Zahidovdan şikayət vermiş Vüsal Həsənov isə  hazırlıq iclasında iştirak etməsə də, bu günkü prosesdə iştirakı etdi.
Proses  Media Hüquqları İnstitutundan olan vəkili  Elçin Sadıqovun və vəkil Əlaif Həsənov çıxışları ilə başlandı. Vəkillər başlanmış cinayət işini qondarma hesab edərək işin məhkəmə istintaqı tərəfindən ədalətlə aparılmasını tələb etdilər. Zahidovun digər  vəkili Osman Kazımov isə Apelyasiya Məhkəməsinin  ədaləti qərar çıxaracağına ümid etmədiyini bildirdi. Bunun səbəbini isə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin “həbsdə olan jurnalistlər buraxılmayacaq” sitatını misal gətirdi: “Hətta Vüsal Həsənov durub Qənimətin günahkar olmadığını desə belə, yenə ona bəraət verilməyəcək”, – deyə Kazımova vurğuladı.
Daha sonra V. Həsənov çıxış etdi. O öhdəsində az yaşlı uşağın olduğunu söyləyərək buna görə cəzasının yüngülləşdirməsini hakimdən xahiş etdi.
Bundan sonra dövlət ittihamçısı  çıxışı üçün hakimdən vaxt istədi. Hakim növbəti məhkəmə prosesini may ayının 12-i saat 14.00 – a qədər təxirə saldı.
Qeyd edək ki, məhkəmə prosesində ABŞ, Almaniya səfirliklərinin və ATƏT-in Bakı ofisinin nümayəndələri də iştirak edirdilər.

Previous Post

“XURAL”-IN İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Next Post

GANIMAT ZAHID’S LAWYERS DON’T EXPECT APPELLATE COURT TO ADOPT FAIR DECISION

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.