“XURAL”-IN İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Bu gün (07 may) Apelyasiya Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə Yevlax rayon İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin və “Yevlax ictimaiyyəti” adından  "Xural" qəzetinə qarşı qaldırılan iddia əsasında Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardan cavabdehin verdiyi apelyasiya şikayətinə baxıldı.

Hakim iddianı qismən təmin etdi.  Belə ki, Apelyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qəzetin 10 000 AZN məbləğində cərimə edilməsi ilə bağlı çıxardığı   qərarı dəyişərək məbləği 3 000 min AZN-ə qədər azaltdı.
Xatırladaq ki, iddiaçılar qəzetin 21-27 oktyabr 2007-ci il tarixli sayında "Dövran Əliyevlərin deyil, Vəliyevlərindir", 4-10 noyabr 2007-ci il tarixli sayında "Elmar Vəliyev Prezidenti aldadıb!", 11-17 noyabr 2007-ci il tarixli sayında "Elmar Vəliyev adına Yevlax MMC" adlı məqalələrini yalan, böhtan və şantaj kimi qiymətləndirərək məhkəməyə üz tutmuşdular. Onlar qəzetin 150 000 AZN məbləğində cərimələnməsini məhkəmədən  tələb etmişdilər.

Previous Post

JURNALİSTİN ABEL MƏHƏRRƏMOVA QARŞI QALDIRDIĞI İDDİA TƏMİN EDİLMƏDİ

Next Post

VƏKİLLƏRİ QƏNİMƏT ZAHİDLƏ BAĞLI APELYASİYA MƏHKƏMƏSİNİN ƏDALƏTLİ QƏRAR VERƏCƏYİNƏ İNANMIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.