QƏNİMƏT ZAHİDİN AĞRILARI ŞİDDƏTLƏNİB

Dünən (22 sentyabr) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) görüşüb.

Bu məlumatı RATİ-yə Mürsəliyevanın özü verib:
”Revmatizm ilə əlaqədar Qənimətin ağrıları  daha da kəskinləşib. Bu ağrıların qarşısını ağrıkəsici dərmanlarla kəsmək mümkün deyil. Bu dərmanların heç bir təsiri yoxdur. Bunun üçün Qənimət  mütləq müalicə müəssisəsinə köçürülməli və orda müalicə olunmalıdır”.
 Mürsəliyevanın sözlərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş Tibb İdarəsi isə Zahidin müalicə müəssisəsinə köçürülməsində heç bir əsas görmür, idarədə hesab edirlər ki, baş redaktorun müalicəsini həbsxanada da aparmaq olar.

Previous Post

YENİ RADİOYA HƏLƏ Kİ, SAHİB OLMAQ İSTƏYƏN YOXDUR

Next Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ YENİDƏN QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.