ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ YENİDƏN QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Bu gün (23 sentyabr) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə  Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov və digərlərinin  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edib.

Prosesdə “Xural” qəzetinin keçmiş  əməkdaşı Vüqar Ələkbərov şahid qismində dindirildi. Ələkbərov redaksiyaya baxış zamanı 12 kitabın onun şahidliyi ilə MTN əməkdaşları tərəfindən  götürdüyünü deyib.
Cavabdeh baş redaktor Zeynallı isə Dağ Yəhudiləri İcmasının sədri Semyon İxilovun məhkəmə prosesində iştirak etməsini prinsipial məsələ kimi qiymətləndirərək gələn məhkəmə prosesində onun  məcburi qaydada prosesə cəlb olunmasını  tələb etdi:

”Bu cinayət işinin başlamasına səbəb Semyon İxilovun müraciəti olub, ona görə də bu şəxs Azərbaycan qanunlarına və hüquq mühafizə orqanlarına hörmətlə yanaşmalı və məhkəmədə ifadə verməlidir”.

     Bundan sonra hakim Hüseynov  “Mənim savaşım”  kitabının Nəsimi adına Dilçilik İnstitutuna ekspertizaya göndərilməsi və ekspertiza cavabı verilənə qədər  məhkəmə prosesinin təxirə salınmağı haqqında qərar verdi.

Xatırladaq ki, Adolf Hitlerin “Mənim Savaşım” kitabının tərcüməsinə görə Ə.Zeynalliya  qarşı 2004-cü ilin dekabr ayında MTN-də cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında isə kitab ikinci dəfə çap olunan zaman cinayət işi Baş Prakurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək yenidən MTN-nin İstintaq İdarəsinə göndərilmiş və həmin ilin oktyabr ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdi.
Qeyd edək ki, baş redaktor haqqında Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (irqi, dini, milli ayrı-seçkilik salmaq) cinayət işi açılıb. Bu iddiaya səbəb  isə Adolf Hitlerin "Mənim savaşım" kitabının   Zeynallı tərəfindən Azərbaycan dilinə tərcümə olunması və çap edilməsi olub.
Onu da qeyd edək ki,  təxminən 11 ay bundan əvvəl başlamış məhkəmə prosesi Zeynallının “Mənim Savaşım” kitabını ekspertizaya göndərməklə bağlı qaldırdığı vəsatət əsasında təxirə salınmışdı. Zeynallının RATİ-yə verdiyi məlumata görə, bu 10 ay ərzində kitabın ekspertizası aparılmamışdı.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,133/id,1411/

 
 
Previous Post

QƏNİMƏT ZAHİDİN AĞRILARI ŞİDDƏTLƏNİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.