QARABAĞ ƏLİLİNİN YAŞADIĞI OTAQ PARTLADILIB

Bu gün (28 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Qarabağ əlili Bakir Bayramov evinin partladılması ilə bağlı mətbuat konfransı keçirdi.

 Qubadlı  rayonundan məcburi köçkün olan B.Bayramov jurnalistlərə məlumat verdi ki, ailə üzvləri ilə birlikdə Azərbaycan Dövlət Neft Akademiyasının 1 saylı tələbə şəhərciyində yerləşən yataqxananda yaşadığı otaq yanvar ayında qaz sızması nəticəsində partlayıb. Şikayətçi bunun günahını yaşadığı otağın alt mərtəbəsində yerləşən “Gözəl məkan” restoranının sahibi Əlövsət Quliyev, tələbə şəhərciyinin direktoru Kamal Quliyev və Qaz İstismarı İdarəsinin rəisi Yaşar Osmanovda görür. “Restoran əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyindən hüquq-mühafizə orqanlarına müraciət etdim.  Bir gün sonra isə yaşadığım otağa restorandan qaz sızmağa başladı. Nəsimi rayon Qaz İstismar İdarəsinin rəisi Yaşar Osmanov qaz sızması olduğunu təsdiq etsə də, restoran sahibi ilə görüşdən sonra o, məni yalan məlumat verməkdə ittiham etdi. Yanvar ayının 5-də otaqda qaz sızması nəticəsində dəhşətli partlayış oldu. Mən və ailə üzvlərim ağır dərəcəli yanğın xəsarətləri aldıq” – deyən Bayramov bildirdi ki, məsələ ilə bağlı dəfələrlə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət edib: “Mətbuat vasitəsilə müraciət edərək, mənim və ailəmin başına oyunlar açan şəxslərin cəzalandırılmasını istəyirəm.”
Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN DƏFN MƏRASİMİ (AZƏRBAYCAN, ASTARA 18.08.2009)

Next Post

ANS VƏ “YENİ MÜSAVAT” MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏKLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.