ANS VƏ “YENİ MÜSAVAT” MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏKLƏR

ANS telekanalı dünən (27 avqust) “Yeni Müsavat” qəzetini məhkəməyə verəcəyi ilə bağlı məlumat yayıb. Buna səbəb qəzetin dünənki (27 avqust) sayında dərc olunmuş “ANS-in Ramazanda araq reklamı” başlıqlı yazı səbəb olub. ANS bildirir ki, kanalın araq reklam etməsi həqiqətə uyğun deyil.

Məsələ  ilə bağlı “Yeni Müsavat” qəzetinin baş  redaktoru Rauf Arifoğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, ANS Zahid Səfəroğlunun müəllif yazısını xəbər kimi təqdim edərək məhkəməyə müraciət edəcəklərini bəyan edib. “Müəllif yazısına görə qəzetin məhkəməyə verilməsi absurddur. Məsələ ilə bağlı ANS-in efirində verilmiş və anspress.com saytına yerləşdirilmiş mətndə “Yeni Müsavat” qəzeti təhqir olunduğuna görə, ANS-ə qarşı qarşılıqlı iddia qaldıracağıq” – deyən R.Arifoğlu vurğuladı ki, hətta ANS məhkəməyə müraciət etməsə belə, qəzetin ünvanına təhqiramiz ifadələr işlətməklə işgüzar nüfuzuna xələl gətirməyə cəhd göstərdiklərinə görə məhkəməyə müraciət edəcəklər.
Previous Post

QARABAĞ ƏLİLİNİN YAŞADIĞI OTAQ PARTLADILIB

Next Post

OMBUDSMAN EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.