GEDMİN İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜ ZAMANI AZƏRBAYCANDA JURNALİSTLƏRİN CƏZALANDIRILMASININ ƏLEYHİNƏ ÇIXIB

"Azadlıq" radiosunun rəhbəri Gedmin "Turan" İnformasiya Agentliyinə verdiyi açıqlamasında Azərbaycanda mətbuatın durumuna münasibətini bildirib.

O  bildirib ki, əsas narahatlığı həqiqəti yazan jurnalistlərin fiziki təhlükəsizliyinə olan hədələrlə bağlıdır: "Azərbaycanda medianın fəaliyyəti üçün meydan və müəyyən plüralizm var, amma tam müstəqil mətbuat formalaşmayıb".
İlham Əliyevlə görüşünə  toxunan Gedmin, görüşdə konkret hər hansı jurnalist barədə yox, ümumilikdə jurnalistlərin fiziki təhlükəsizliyi zərurəti barədə müzakirələr aparıldığını bildirib. Görüşdə Prezident Aparatı rəsmilərindən birinin bəzi jurnalistlərin qeyri-peşəkar və məsuliyyətsiz olduğunu deməsinə cavab olaraq Gedmin bildirib ki, jurnalistin peşəkar və qeyri-peşəkar, məsuliyyətli və məsuliyyətsiz olmasına baxmayaraq yazdıqlarına görə onları cəzalandırmaq olmaz.
Sonda Gedman dövlət başçısı ilə fikirlərinin üst-üstə düşmədiyini də vurğulayıb: "dövlət başçısı mənim fikirlərimi bölüşmür. Amma bu təkcə mənim mövqeyim deyil, bu mövqe Vaşinqtonda, Brüsseldə və Strasburqda daha çox dəstək alır".

Previous Post

BAŞ REDAKTOR TƏZYİQLƏRLƏ ÜZLƏŞƏCƏYİNDƏN NARAHATDIR

Next Post

STRASBURQDA GÖRÜŞLƏR DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.