BAŞ REDAKTOR TƏZYİQLƏRLƏ ÜZLƏŞƏCƏYİNDƏN NARAHATDIR

Ötən il "Korrupsiya və cəmiyyət" jurnalını məhkəməyə vermiş Nigeriya əsilli Britaniya vətəndaşı Adiola Aqbabiaka barəsində başlanmış cinayət işini aparan müstəntiq Rövşən Musayevin qəfil vəfat etməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən "Korrupsiya və cəmiyyət" jurnalının baş redaktoru Məmməd Əhmədoğlu vurğuladı ki, Rövşən Musayev Aqbabiaka barəsində cinayət işini obyektiv araşdırdığından, onun təzyiqlər nəticəsində vəfat etməsi istisna deyil: "Mən bəyan etmək istəyirəm ki, artıq bizə də təzyiqlər olur. "Zeytun bağları"nda baş vermiş hadisəyə görə bir jurnalisti bu qədər təqib edirlərsə, belə beynəlxalq məsələyə görə bizə göstərilə biləcək təzyiqlərdən narahatıq".  Xatırladaq ki, Aqbabiaka barəsində ifşaedici məqalə yazdığına görə "Korrupsiya və cəmiyyət" jurnalı  və jurnalın baş redaktoru Aqbabiaka və nümayəndəsi tərəfindən məhkəməyə verilmişdi. Məhkəmə araşdırması davam edir.

Previous Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU HARAŞTİYƏ HÜCUMLARI PİSLƏDİ

Next Post

GEDMİN İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜ ZAMANI AZƏRBAYCANDA JURNALİSTLƏRİN CƏZALANDIRILMASININ ƏLEYHİNƏ ÇIXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.