GENERAL TƏKRARƏN EYNİ İTTİHAMLA MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Bu gün (18 noyabr) Yasaml rayon Məhkəməsində hakim Abbas Rzayevin sədirliyi ilə Müdafiə Nazirliyinin Beyləqan hərbi birləşməsinin komandiri general-mayor Mahmud Həmzəyevin “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, qəzetin baş redaktorunun birinci müavini Üzeyir Cəfərov, ehtiyyatda olan zabitlər – Arif Rəhimov və Telman Əbilova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə  xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası kecirildi.

Proses zamanı Vəliyev bir müddət bundan öncə Həmzəyevin eyni iddia ilə məhkəməyə müraciət etdiyini və məhkəmənin bu iddianı rədd etdiyini xatırlatdi. Vəliyev generalın yenidən eyni iddia ilə məhkəməyə müracət etməsini məhkəməyə hörmətsizlik kimi qiymətləndirdi. Habelə Həmzəyevin  məhkəməyə bilərəkdən yalan məlumat verdiyini qeyd edən Vəliyev onun cinayət məsuliyyətinə cəlb olunması üşün məhkəmənin xüsusi qərardad çıxarmasını xahış etdi.
Çıxış edən digər cavabdehlər də iddianın əsasız və təkrar olduğunu bildirərək verilmiş şikayətin icraata götürülməməsini xahiş etdilər. Habelə cavabdehlər məhkəməyə Həmzəyevin qaldırmış olduğu ilk iddia ərizəsinin surətinin və bu ərizə ilə bağlı məhkəmənin 17 oktyabr 2008-ci il qərarını da təqdim etdilər.
Daha sonra, xüsusi ittihamcının nümayəndəsi Eyvaz Məmmədli isə ötən dəfə verdikləri iddianın tam əsaslandırılmadığını, bu dəfəki iddianın isə əsaslandırıldığını bildirərərk işin icraata götürülməsini tələb etdi. Habelə o,  Habil Vəliyev və Telman Əbilova qarşı qaldırılmış iddiadan imtina etdiklərini də bildirdi. Amma adları çəkilən şəxslər itiihamçının mərhəmətinə ehtiyac duymadıqlarını bildirdilər.
Sonda hakim Rzayev səslənən fikirlər və məhkəməyə təqdim edilən sübutların araşdırılması üçün prosesi  noyabrın 20-i  saat 11:00-a qədər təxirə saldı.
Previous Post

NAXÇIVANDA “TURAN” IN DA SAYTINA MƏHDUDİYYƏTLƏR QOYULDU

Next Post

“XARİCİ RADİOLARA QADAĞA QOYAN AVROPA STANDARTI YOXDUR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.