HÖKUMƏT AVROPA MƏHKƏMƏSİNİN BÖYÜK PALATASINA EYNULLA FƏTULLAYEVİN İŞİ İLƏ BAĞLI MÜRACİƏT ETMƏYİB

Bu günə kimi (31 may) Böyük Palataya jurnalist Eynulla Fətullayevin işi ilə bağlı heç bir ərizə daxil olmayıb”. Avropa İnsan Hüquqları Məhkəməsi mətbuat xidmətinin rəhbəri Stefano Pyedimonte “Media forum” xəbər saytının sualına cavab olaraq belə deyib.

Avropa Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan dövləti 2 min 822 avro miqdarında məhkəmə xərclərini də ödəməlidir.
Avropa Məhkəməsinin qərarı Eynulla Fətullayev barəsində Azərbaycanda çıxarılmış iki həbs qərarı ilə bağlıdır. 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci hökmlə Eynulla Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.
Belə ki,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri  Fərhad Abdullayev, Avropa Məhkəməsində Azərbaycanın daimi nümayəndəsi  Çingiz Əsgərov və Avropa Şurası Parlament Assambleyasının  Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına Eynulla Fətullayevin işi ilə bağlı ərizə müraciət edildiyini bildirmişdilər.
Habelə 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb. Tədbirdə  çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, 2009-cu ilin sonlarında məmurlar arasında  sorğu keçiriblər və bu  sorğular zamanı məmurların yalnız 19 faizinin diffamasiya haqqında qanunun dəyişdirilməsinin dəstəklədiklərini müşahidə ediblər.

Previous Post

DİFFAMASİYA İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

SEÇKİLƏRDƏ MÜŞAHİDƏÇİLİYİN TƏKMİNLƏŞDİRİLMƏSİ MÖVZUSUNDA DƏYİRMİ MASA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.