DİFFAMASİYA İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Mayın 31-də Mətbuat Şurasında  "Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirdə  çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, diffamasiya ilə bağlı sorğu keçiriblər. Sorğunun nəticələrinə görə rəyi soruşulan məmurların 50 faizi diffmasiya haqqında qanunun qəbul edilməsinin əleyhinə olub. O bu sorğu ilə müqayisədə əvvəlki sorğularda məmurların daha çox hissəsinin dfiffamasiya haqqında qanunun əleyhinə olması xatırladıb.
 
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli  isə ötən dövrlərdə diffamasiya ilə bağlı  ciddi ictimai müzakirələrin keçirildiyini bildirdi. O hesab etdi ki, bu müzakirələrin məntiqi nəticəsi olaraq diffamasiyaya səbəb olan maddələr gec-tez Cinayət Məcəlləsindən çıxarılacaq.   
 
Qeyd edək ki,  12 ildən artıqdır ki, beynəlxalq qurumlar və ölkənin media qurumları ölkənin cinayət məcəlləsindən 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinin götürülməsini tələb edir. Rəsmi Bakı isə jurnalistlərin təqibinə səbəb olan bu maddələri Cinayət Məcəlləsindən götürməməkdə israr edir.

Previous Post

BİR QAB SU ŞÜARI ALTINDA TƏDBİR KEÇİRİLDİ

Next Post

HÖKUMƏT AVROPA MƏHKƏMƏSİNİN BÖYÜK PALATASINA EYNULLA FƏTULLAYEVİN İŞİ İLƏ BAĞLI MÜRACİƏT ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.