“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASI” TƏSDİQ OLUNUB

Sərəncama əsasən Prezidentin İcra Aparatına aşağıdakılar tapşırılır:
–    üç ay müddətində kütləvi informasiya vasitələrinin inkişafına dəstək fondunun yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
–    “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.
Konsepsiyada KİV-lərin inkişafına dövlət dəstəyinin müxtəlif formaları nəzərdə tutulub: metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və s. Sənəddə maliyyə dəstəyinin 2 forması öz əksini tapmışdır – müsabiqəsiz maliyyə yardımı (ünvanlı yardımlar, məqsədli yardımlar, dövlət büdcəsindən verilən maliyyə vəsaiti, dövlət orqanlarının ödənişli reklamlarının KİV-də yerləşdirilməsi) və müsabiqəli maliyyə yardımı (uzun müddətli və güzəştli kreditlərin verilməsi, ayrıca maliyyə yardımlarının göstərilməsi).

Previous Post

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ MALİYYƏ YARDIMI EDİLİB

Next Post

Musavat partiyasinin piketi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.