HÖKUMƏT İNTERNETƏ NƏZARƏT EDƏCƏK DÖVLƏT QURUMU YARADACAQ

Azərbaycanda elektron təhlükəsizliyi həyata keçirən dövlət strukturunun yaradılması planlaşdırılır.

Bu barədə APA-ya  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
         Nazirin sözlərinə görə, bu qurum elektron şəbəkədə kiber cinayətlərin qarşısını almaq, eləcə də Azərbaycanın internet məkanına nəzarət etmək imkanlarına malik olacaq.
         ”Dağlıq Qarabağ çox ölkələrin internet resurslarında, internet saytlarda müstəqil ölkə və ya Ermənistan tərkib hissəsi kimi göstərilir. Ölkədə elektron sənədləşmənin tətbiqi genişləndikcə müəyyən cinayət elementləri də artmağa başlayıb. Bu Cinayət Məcəlləsinə və digər qanunlara dəyişikliklərin edilməsini şərtləndirir. Yaradılacaq struktur bu kimi məsələlərə də nəzarət edəcək”, – deyə qeyd edən nazir bildirib ki, bu strukturun yaradılması və fəaliyyəti “Kiber cinayətkarlıq haqqında Beynəlxalq Konvensiya”da da öz əksini tapdığından internet üzərində senzura sayıla bilməz.
Previous Post

ELAN

Next Post

LƏNKƏRANDA “BAKI ZAMAN” QƏZETİNİN SATIŞINA QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.