LƏNKƏRANDA “BAKI ZAMAN” QƏZETİNİN SATIŞINA QADAĞA QOYULUB

“Bakı Zaman” qəzeti artıq iki həftədir ki, Lənkəranda satılmır.

Bu məlumatı RATİ-yə adı çəkilən qəzetin baş redaktoru Elnur Məhərrəmli verib.
         Onun sözlərinə görə, qəzetin satışına qadağa Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən qoyulub: “Qadağaya səbəb qəzetimizdə rayonda baş verən hadisələri işıqlandırmağımız olub. Biz daha bir həftə gözləyəcəyik. Əgər yenə də qəzetimizin satışına qadağa qoyularsa bu halda, müəyyən tədbirlər görmək haqqında fikirləşəcəyik”,  – deyə qeyd edən Məhərrəmli hansı addımı atacaqlarını bəri başdan açıqlamaq istəmədi.
Previous Post

HÖKUMƏT İNTERNETƏ NƏZARƏT EDƏCƏK DÖVLƏT QURUMU YARADACAQ

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.