ELMAR HÜSEYNOV MƏZARI ZİYARƏT EDİLMƏKLƏ ANILDI

Bu gün (17 iyul) “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarı ziyarət edilməklə onun anım mərasimi keçirilib.

Hüseynovun doğum günü münasibətilə keçirilən mərasimdə redaktorlar, jurnalistlər, QHT nümayəndələri, siyasilər, beynəlxalq ictimaiyyət nümayəndələri və jurnalistin qohumları iştirak edirdi.

 “Elmar Hüseynov Fondu”nun rəhbəri Şahbaz Xuduoğlu Elmar Hüseynovu xatırladıqlarına və onun anım mərasiminə qoşulduqlarına görə hər bir şəxsə təşəkkürünü bildirdi. Xuduoğlu Hüseynovun axmaqlar tərəfindən qətlə yetirildiyini və onun qəhrəman kimi dünyadan getdiyini vurğuladı.

 Daha sonra çıxış edən Müsavat partiyasının başqanı İsa Qəmbər Hüseynovu qətlə yetirənləri qatı cinayətkar adlandırdı və bu cinayətkarların başında İlham Əliyevin durduğunu bildirdi. O bu cinayətin təsadüfi olmadığını, ölkədə edilən digər cinayətləri gizlətmək və ya edilən cinayətlərə xalqın etirazının qarşısını almaq məqsədilə törədildiyini söylədi.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Elmar Hüseynova Mətbuat prospektində abidənin ucaldılması məsələsinə toxunaraq məsələ ilə əlaqədar müraciətlərin araşdırılmadığını qeyd etdi.

“Biz 500-dən artıq imza ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik, oradan bildirdilər ki, prezidentə müraciət etmək lazımdır. Üçüncü dəfə prezidentə müraciət etdikdən sonra məsələ araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinə göndərildi, İcra Hakimiyyətindən bir neçə ay sonra verilən cavabda isə bizə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək tövsiyə olundu. Nazirliyə müraciət etdik və onların cavabı belə oldu ki, bu məsələ onlardan asılı deyil, prezidentə müraciət etməliyik. Prezidentə müraciətimizdən bir ay keçməsinə baxmayaraq ona heç bir cavab verilməyib. Artıq məndə şübhə yoxdur ki, hakimiyyət bu cür hərəkətləri ilə onun ruhundan da qisas alır. Hamı bilir ki, müəyyən səbəblərə görə onun qatilləri tapılmır”, – deyə RATİ-nin sədri habelə hazırda da jurnalistlərin ciddi təzyiqə məruz qaldıqlarını, 4 jurnalistin isə hələ də həbsdə olmasını təəssüflə  vurğuladı.    

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,86/

*Öz saytlarında banerlər yerləşdirməklə RATİ-nin Elmar Hüseynovun doğum günü ilə əlaqədar elan etdiyi kampaniyaya Beynəlxalq Mətbuat İnstitutu (BMİ) və İFEX təşkilatları da qoşulmuşdur.

İFEX – http://campaigns.ifex.org/en/

BMİ – http://www.freemedia.at/cms/ipi/

Previous Post

“ELMAR HÜSEYNOVUN ADI HƏMİŞƏ AZADLIQ SİMVOLU OLARAQ QALACAQ”

Next Post

Elmar Hüseynov mükafatının təqdimat mərasimi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.