“Amerika Azərbaycanlıları Demokratiya Uğrunda – AZAD” təşkilatının təşəbbüsü ilə ABŞ-da yaşayan bir qrup azərbaycanlı Nyu-York şəhərində etiraz aksiyası keçirib.
“Mediaforum” xəbər saytının yaydığı məlumatda bildirilir ki, aksiya yanvarın 9-da Nyu-York vaxtı ilə saat 14:00-da Birləşmiş Millətlər Təşkilatının baş qərargahının binası qarşısında başlayıb və 2 saata yaxın davam edib.
Aksiyanı keçirməkdə məqsəd martın 18-də Azərbaycanda referenduma çıxarılacaq Konstitusiyaya dəyişikliklər layihəsi ilə bağlı narahatlığın dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
20 nəfərdən çox insanın iştirak etdiyi aksiya zamanı “Rədd olsun monarxiya!”, “Yaşasın respublika!”, “Monarxiyaya yox!”, “Mətbuata azadlıq!” kimi şüarlar səsləndirilib.
Aksiyanın sonunda qətnamə oxunub. AZAD-ın həmtəsisçisi Elmar Şahtaxtinskinin “Amerikanın səsi” radiosuna verdiyi məlumata görə, qətnamə yaxın günlərdə BMT-yə üzv dövlətlərin nümayəndələrinə təqdim ediləcək. E. Şahtaxtinskinin sözlərinə görə, gələcəkdə aksiyaların davam etdirilib-etdirilməyəcəyi Azərbaycandakı siyasi prosesdən asılı olacaq.