RATİ-NİN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) daxili işlər naziri Ramil Usubov tərəfindən Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusun məhkəməyə verilməsini qəti pisləyir və bu addımı hökumətin hüquq müdafiəçilərini susdurmaq üçün  başladığı yeni repressiya dalğasının başlanğıcı  hesab edir.

Belə ki, 13 dekabr 2008-ci il tarixdə R.Usubov L.Yunusun “məsuliyyətə cəlb olunması və onun tərəfindən yayılmış şərəf və ləyaqətin alçaldılması, böhtan xarakterli məlumatların təkzib edilməsi” tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib və bu iş üzrə yanvarın 23-ü saat 15:00-da hazırlıq iclası keçiriləcək.
Nazirin imzası ilə   məhkəməyə təqdim edilən iddia ərizəsində göstərilib ki, L. Yunus 2008-ci il dekabr ayının 3-də “day.az” saytına verdiyi “Azərbaycan məhkəmələri çox hallarda insan hüquqları və əsas azadlıqlarının müdafiəsi məsələlərində qanunsuz və əsaslandırılmamış qərarlar qəbul edir” başlıqlı müsahibədə (http://www.day.az/news/society/139055.html) Daxili İşlər Nazirliyinə böhtan atıb. Nazir müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək Leyla Yunusun təkzib verməsi, nazirlikdən üzr istəməsi və mənəvi zərərin əvəzində 100 min AZN həcmində təzminat ödəməsini tələb edib.
RATİ hesab edir ki, L. Yunusa qarşı qaldırılmış məhkəmə iddiası ilə hökumət onu  kəskin tənqid edən   hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin   səsini boğmaq istəyir. RATİ hökumətin hüquq müdafiəçilərinə qarşı başladığı təqibləri, hökumətin 5   jurnalistin haqsız olaraq həbsdə saxlanmasını, xarici radiostansiyaların Azərbaycanda yayımının qadağan edilməsi Azərbaycanda Konstitusiyasına antidemokratik dəyişiklikləri etmək istəyini Azərbaycanın beynəlxalq imicinə və ölkəmizin gələcək inkişafına vurulan ciddi zərbə kimi qiymətləndirir.
RATİ daxili işlər naziri R.Usubovdan L.Yunusa qarşı qaldırdığı absurd iddianı geri götürməyə çağırır və Azərbaycan hökumətindən insan hüquqlarına hörmətlə yanaşmağı tələb edir.
RATİ həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətindən söz azadlığı və insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edən çağırışlarla çıxış etməyə çağırır.
Previous Post

ABŞ-DA YAŞAYAN BİR QRUP AZƏRBAYCANLI BMT-NİN BİNASI QARŞISINDA AKSİYA KEÇİRİB

Next Post

POLİSLƏR TƏRƏFİNDƏN RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN İSMAYIL HƏSƏNOVUN HƏYAT YOLDAŞI VƏ OĞLU İTKİN DÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.