“GÜNDƏM XƏBƏR” QƏZETİNİN BAŞ REDAKTORU HƏDƏLƏNİB

Dekabrın 21-də “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəriyə  naməlum şəxs zəng edərək onu təhqir və təhdid edib. Bu barədə bu gün (23 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ş. Cəfəri məlumat verib.

Baş redaktorun sözlərinə görə, naməlum şəxs  ona zəng edərək ədəbsiz ifadələrlə  təhqir edərək, daha sonra da hədələyib. “Mən elə həmin günü hadisə ilə bağlı “102”  xidməti vasitəsilə hüquq-mühafizə orqanları məlumatlandırdım. Daha sonra isə Yasamal rayon 28-ci Polis Bölməsində oldum. Bölmədən bildirdilər ki, vəziyyət nəzarətə götürülərək, tədbir görüləcək”, – deyə baş redaktor bildirdi.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya  Qarşı Mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.    Buna səbəb kimisə qəzetin fəaliyyətinin araşdırılması ilə bağlı Mətbuat Şurasının müraciət göstərilir. Məlumata görə, qəzet şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına, “Jurnalistlərin peşə davranışı qaydaları”nı mütəmadi pozduğuna görə Mətbuat Şurasının “qara siyahı”sına düşüb.   
 

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU İLLİK HESABAT AÇIQLADI

Next Post

GƏNCLƏR MÜLKİYYƏT HÜQUQLARI POZULAN ŞƏXSLƏRİN MÜDAFİƏSİNƏ BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.