“GÜNDƏLİK BAKI” QƏZETİNİN REDAKSİYASINA HÜCUM OLUB

Yanvarın 18-də bir qrup şəxs “Gündəlik Bakı” qəzetinin redaksiyasında qəzetin əməkdaşlarına hədə-qorxu gəliblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Habil Vəliyev məlumat verib.

Onun sözlərinə görə redaksiyaya hücum edənlər Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bilman Vəliyevin göstərişi ilə kollecin 20 müəllimi olub. “Hücuma səbəb isə həmin kollecin müəlliməsinin bizim redaksiyamıza göndərdiyi məktub əsasında qəzetimizdə gedən yazılar olub. Onlar qəzetimizin əməkdaşlarına hədə-qorxu gələrək, onların kolleci haqqında gedən yazıların dayandırılmasını və qəzetdə təkzib verilməsini tələb ediblər. Mən onları qəbul etdim ki, problemi sakit həll edək, amma onların heç də sakitləşmək fikrində olmadığını görəndə polisə müraciət etdim. Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları gələndən sonra qəzetin fəaliyyəti bərpa olundu” – deyən H.Vəliyev bildirdi ki, onların gəlişi ilə əlaqədar redaksiya fəaliyyətini 1 saatdan artıq dayandırıb.
Məsələ ilə bağlı  Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə dəfələrlə zəng etsək də, suallarımıza cavab verə biləcək səlahiyyətli şəxslə danışmaq mümkün olmadı.

Previous Post

Qanlı 20 yanvar hadisələrinin 20-ci il dönümü

Next Post

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN QOVULMAQ ÜZRƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.