“GÜNDƏLİK BAKI” QƏZETİNİN REDAKSİYASINA HƏDƏ ZƏNGİ EDİLİB

Noyabrın 25-də saat 21:20 radələrində “Gündəlik Bakı” qəzetinin redaksiyasına hədə  zəngi edilib. Bu barədə bu gün (29 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) “Gündəlik Bakı” qəzetinin baş redaktor müavini Vazeh Bəhramoğlu (Mehdiyev) məlumat verib.  

“Özünü Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bilman Vəliyevin qohumu kimi qələmə verən Zaur adlı şəxs redaksiyaya zəng edərək,  redaksiyanı partladacaqlarını, bizi yox edəcəkləri deyərək  bizi hədələdi”, deyə qeyd edən V. Bəhramoğlu bütün bu hədələrin qəzetin səhifələrində vaxtaşırı  Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bilman Vəliyev haqqında gedən yazılarla bağlı olduğunu  istisna etmədiyini bildirdi.

 

O, hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN)  “102” Xidmətinə və  Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə ərizə ilə müraciət edildiyini də dedi.

         

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov RATİ-yə hadisənin nazirliyin nəzarətində olduğunu və araşdırmaların aparıldığını bildirdi.

 

Qeyd edək ki, “Gündəlik Bakı” qəzeti 2007-ci ildən fəaliyyətə başlayıb və gündəlik dərc olunur.

 

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 22-27 NOYABR

Next Post

FOTO ÇƏKİLİŞ APARAN JURNALİSTƏ HÜCUM EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.