FOTO ÇƏKİLİŞ APARAN JURNALİSTƏ HÜCUM EDİLİB

Noyabrın 26-da “Bizim yol” qəzetinin əməkdaşı Ramid İbrahimov  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH)  əməkdaşı tərəfindən fiziki hücuma məruz qalıb.

Bu barədə bu gün (29 noyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) Ramid İbrahimovun özü məlumat verib.

Onun sözlərinə görə, “Qış parkı”  layihəsi əsasında  Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin  sökülməsi ilə  əlaqədar foto  çəkiliş apararkən,  BŞİH –nin  İsa adlı əməkdaşı  ona hücum edib:

“Mən jurnalist olduğumu və qanunsuz iş görmədiyimi ona bildirdim. O isə nalayiq sözlərlə məni təhqir eləməyə başladı, üstəlik fotoaparatımı da sındırdı. Fotoaparat zədələnsə də,  şəkillər hal-hazırda salamatdır. Daha sonra o məni ərazidən uzaqlaşdırmaq məqsədilə polis çağırdı. Amma xeyli gözləsəm də polis gəlmədi”,  – deyə qeyd edən R.İbrahimov baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına şikayət etmədiyini də bildirdi.

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN REDAKSİYASINA HƏDƏ ZƏNGİ EDİLİB

Next Post

RATI-NİN AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNƏ MÜRACİƏTİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.