Salyanda fəaliyyət göstərən QHT rəhbəri azadlığa buraxılıb

Sentyabrın 26-da gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə hökm oxunub.

Məhkəmə onu və bu QHT-nin digər üzvü Tofiq Qasımovu şərti olaraq 2 il azadlıqdan məhrum edib. Onlar məhkəmə zalından buraxılıblar.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  vəkil Fariz Namazlı bildirib.

Qeyd edək ki, dünən  prokuror onların 2 il şərti olaraq azadlıqdan məhrum edilməsini istəmişdi.

Onu da qeyd edək ki, Emil Məmmədov prezidentə müraciət etmiş və işinə diqqət yetirməsini  xahiş etmiş və onun siyasətini dəstəklədiyini bildirmişdi.

Xatırladaq ki, E.Məmmədov bu il mayın 13-də polis tərəfindən saxlanılıb və pul almaqda (182.2.2-ci maddə) ittiham olunur. Bundan əvvəl isə T.Qasımov həbs edilib. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi.

Previous Post

Apellyasiya Məhkəməsi Rəsul Cəfərovun şikayətini təmin etməyib

Next Post

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.