SEYİDOV LUİS MARİYA DE PUÇUN SİYASİ MƏHBUSLAR ÜZRƏ XÜSUSİ MƏRUZƏÇİ BARƏDƏ DANIŞMADIĞINI İDDİA EDİR

iyul 12th, 2008
İyulun 10-da Milli Məclisin yaz sessiyasının yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib.

“Zerkalo” qəzetinin dünənki sayında verilən məlumata görə, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puçun Bakıda səfərdə olarkən siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin edilməsindən danışmadığını iddia edib.
“Bilirsiz, hər bir qəzet öz bildiyi kimi yazır. Bir mətbu orqan deyir ki, Luis Mariya de Puç belə deyib, ikinci mətbu orqan tamam başqa bir şey yazır, üçüncüsü də ayrı bir şey. Lakin həqiqət ondan ibarətdir ki, AŞPA prezidenti siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasından danışmayıb”, – deyə Seyidov vurğulayıb.   
RATİ qeyd edir ki, AŞPA prezidenti Luis Mariya de Puç iyulun 2-də jurnalistlər üçün keçirdiyi brifinqdə sentyabra qədər insan haqları sahəsində vəziyyətin düzəlməyəcəyi təqdirdə siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin edilməsinin mümkünlüyündən danışıb. Aşağıdakı ünvanlarda həmin brifinqlə bağlı məlumatları oxuya bilərsiniz: