NAXÇIVANDA “KANAL-35” TELEVİZİYASINA LİSENZİYA VERİLİB

Naxçıvan Muxtar Respublikasında Televiziya və Radio Şurası tərəfindən “Kanal-35” televiziyasına lisenziya verilib.

Şuranın üzvü Sahil Tahirlinin lent.az-a verdiyi məlumata görə “Kanal-35” televiziyası müsabiqədə iştirak etmədən lisenziya əldə etmək hüququndan istifadə edərək, ərizə ilə müraciət edib və qanuna uyğun olaraq kanala lisenziya verilib.
        Məlumatda o da bildirilir ki, bu hüquqdan ilk dəfə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi istifadə edib.
        Qeyd edək ki, bölgədə Televiziya və Radio Şurası 2007-ci ildə yaradılıb. Bu gün Muxtar Respublikada 3 yerli televiziya, 2 yerli radio fəaliyyət göstərir.

Previous Post

XÜSUSİ MÜRACİƏT: RATİ YERLİ VƏ BEYNƏLXALQ İCTİMAİYYƏTİ ELMAR HÜSEYNOVLA BAĞLI KEÇİRDİYİ KAMPANİYAYA QOŞULMAĞA DƏVƏT EDİR

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.