POLİS ÖZBAŞINALIĞINDAN ŞİKAYƏT EDƏN VƏLİYEVLƏR AİLƏSİNİN BAŞÇILARI DA HƏBS OLUNUB

Polis özbaşınalığından şikayət edən Sədərək rayon Heydərabad kənd sakini  56 yaşlı Vəliyev İbrahim və həyat yoldaşı Vəliyeva Türkan 12 yanvar 2009-cu il tarixdə saat 11:00 radələrində Sədərək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Polis Şöbəsinə aparılıb.

Bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq onlar hələ də Polis Şöbəsində  saxlanılır. Polis Vəliyevləri nə üçün saxladığını da açıqlamır. Məlumatı RATİ-nin Naxçıvandakı müxbirlərinə İbrahim Vəliyevin oğlu Afiq  Vəliyev verib.
“Dünən valideynlərimi Polis Şöbəsinə apardılar. Gecəyə qədər şöbənin qarşısında gözləsək də onları buraxmadılar. Səhər saat 05:00 -da evə qayıtmışam. Hələ də valideynlərimdən bir xəbər yoxdur. Onların hansı səbəbdən saxlandıqlarını öyrənə bilmirik”, – deyə A.Vəliyev bildirib.
Məsələyə aydınlıq gətirmək üçün Sədərək rayon Polis Şöbəsi ilə telefon əlaqəsi yaratmağa çalışsaq da gün ərzində zənglərimizi cavablandıran olmadı.
Xatırladaq ki, 24 dekabr 2008-ci il tarixində bir qrup gənc əsassız olaraq (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) Sədərək rayon Polis Şöbəsinə aparılaraq səhərə qədər orada saxlanılmışdı. Polis Şöbəsində  gənclərə qarşı  fiziki, mənəvi və psixoloji təzyiqlər edildiyi üçün onların  valideynləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası prezidentinə şikayət (http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,175/id,1755/lang,az/) ərizəsi yazıblar.  Vəliyev İbrahim və həyat yoldaşı Vəliyeva Türkan da həmin  valideynlər sırasındadır. Bir müddət bundan əvvəl isə  Sədərək rayon Su  Təsərrüfatı İdarəsində mexanizator (traktor sürücüsü) işləyən  İbrahim Vəliyev işdən qovulmuşdu. Habelə valideynlərdən I qrup gözdən əlil Həsənov İsmayıl Süleyman oğlu da polis tərəfindən saxlanılmışdı və sonradan o Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilib. Onun həyat yoldaşı II qrup əlil Həsənova Xanımzər Abo qızı və oğlu I qrup əlil Həsənov Elvin isə 6 gündür ki, yoxa çıxıb.
Previous Post

XARİCİ RADİOSTANSİYALARLA BAĞLI ABŞ KONQRESİNİN HELSİNKİ KOMİSSİYASININ SƏDRİ BƏYANAT VERİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.