HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Dünən (12 yanvar) Ayəndə Mürsəliyeva həyat yoldaşı  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla (Zahid)  17 saylı cəzaçəkmə müəssisəsində görüşüb.

Bu barədə RATİ-yə A.Mürsəliyevanın özü məlumat verib: ”Qənimətin vəziyyəti normaldır, səhhətindən də heç bir şikayəti yoxdur. Sadəcə cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsinin istilik sistemi ilə bağlı  problemlər var. Bu səbəbdən saxlandığı yer  soyuqdur”.
Görüş zamanı Q. Zahidov 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı – “Azadlıq” qəzetinin əməkdaşı, satirik şair Sakit Zahidova (Mirzə Sakit) qarşı hazırlanan  təxribatdan xəbərsiz olduğunu bildirib. A. Mürsəliyevanın sözlərinə görə, baş redaktor bu xəbərdən çox  təəccüblənib və qardaşının təxribatla üzləşəcək qədər işlər görmədiyini də əlavə edib.
Habelə A. Mürsəliyeva bildirib ki, atasının yas (qırx)  mərasiminə buraxılmayan Q. Zahidov buna kədərləndiyini deyib.
Qeyd edək ki,  Qənimət Zahidovun atası Səlim Zahidov 2008-ci ilin dekabrın 1-də vəfat edib. Qırx mərasimi yanvarın 11-də olub. Atasının ölümündən iki gün sonra baş redaktor yasda iştirak etmək üçün bir həftəliyə müvəqqəti azadlığa buraxılıb.
Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ittihamı ilə şərlənərək 3 il 6 ay, CM 221-ci maddəsi ilə isə xuliqanlıqda şərlənərək  6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

POLİS ÖZBAŞINALIĞINDAN ŞİKAYƏT EDƏN VƏLİYEVLƏR AİLƏSİNİN BAŞÇILARI DA HƏBS OLUNUB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.