ASİF MƏRZİLİNİN MƏHKƏMƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINDI

Bu gün (27 aprel) Yasamal rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzili və müstəqil jurnalist Zümrüd Məmmədovaya qarşı Cinayət Məcəlləsinin (CM) 147 və 148 maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.

Lakin prosesdə iddiaçı tərəf iştirak etmədiyi üçün hazırlıq iclası 5 may saat 14:00-a təxirə salındı.
Xatırladaq ki, “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şərəf və ləyaqətin müdafiəsi maddələri ilə qaldırdığı iddia əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaya səbəb qəzetin 19-26 avqust 2008-ci il tarixli saylarında “Mahir Abdullayev Bakıdadır?” başlıqlı və bu mövzuda dərc olunan digər məqalələr olub. İddiaçı öz iddiasında məhkəmədən “Təzadlar” qəzetinin bağlanmasını, hər iki jurnalistin iddiada göstərilən maddələrlə təqsirli bilinərək həbs olunmasını və dəymiş mənəvi ziyana görə hər birindən 30 min manat təzminatın ödənilməsi haqqında qərarın çıxarılmasını xahiş etmişdi.
Previous Post

“İDEAL”-IN TƏSİSÇİSİ DAHA İKİ MADDƏ İLƏ İTTİHAM OLUNUR

Next Post

HÖKÜMƏT AVROPA MƏHKƏMƏSİNİN SUALLARINI CAVABLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.