“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətinə ünvanladığı sualları cavablandırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev məlumat verdi.
Onun sözlərinə görə, Avropa məhkəməsi Azərbaycan hakimiyyətinin cavablarının surətini baş redaktorun vəkili İsaxan Aşurova göndərib. Belə ki, İsaxan Aşurov cavablarla tanış olduqdan sonra Avropa məhkəməsinə cavab məktubu yazacaq. Bundan sonra Avropa Məhkəməsi Eynulla Fətullayevin işi ilə bağlı qərar çıxaracaq.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.