Bu gün (29 iyun) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirilməli idi.
Lakin dövlət ittihamçısı Elfaq Səfərovun naməlum səbəbdən məhkəmədə iştirak etmədiyinə görə, proses 7 iyul saat 10:00-a təyin edildi.
Qeyd edək ki, Əvəz Zeynallı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində "Mənim savaşım" kitabına kompleks rəy vermiş şəxslərin şahid qismində ifadə verməsi ilə bağlı ötən prosesdə vəsatət vermiş və vəsatət qəbul olunmuşdu.
Xatırladaq ki, Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə, 2004-cü ilin dekabr ayında MTN-də AR CM-in 283,1 maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında kitabın ikinci nəşri ilə əlaqədar cinayət işi Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in istintaq idarəsinə göndərilmiş və həmin ilin avqust ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir.