FANAT.AZ SAYTINA QARŞI İDDİAYA ƏSASƏN KEÇİRİLMƏLİ OLAN PROSES TƏXİRƏ SALINDI

Bu gün (7 avqust) Nəsimi  rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “FANAT.AZ ” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salındı.

Cavabdeh tərəfin vəkili Xalid Bağırovun  prosesin təxirə salınması ilə bağlı ərizəsinə əsasən, hakim prosesi 17 avqust saat 16:00-a təyin etdi.
Xatırladaq ki,  Mais Məsimov Natiq Muxtarlının “FANAT.AZ ” idman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.
Previous Post

MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ AĞASİF ŞAKİROĞLU İLƏ ƏLAQƏDAR KEÇİRDİYİ MƏTBUAT KONFRANSI

Next Post

AĞASİF ŞAKİROĞLU HƏBSDƏN BİRBAŞA HƏRBİ HİSSƏYƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.