MÜBARİZ MƏSİMOĞLUNUN MƏHKƏMƏ PROSESİ YENİDƏN TƏXİRƏ SALINDI

Bu gün (09 aprel) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı, Yasamal Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2  (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirilməli idi.

Ancaq hakim şahidlərin prosesə gəlmədiyinə görə prosesi 15 aprel saat 16:00-a qədər təxirə salıb.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E. Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.
Previous Post

TƏZADLAR QƏZETİNİN BAŞ REDAKTORU ASİF MƏRZİLİ AZADLIĞA BURAXILDI

Next Post

ƏLİ HƏSƏNOVUN TEZLİKLƏ HƏBSXANADAN ÇIXACAĞI GÖZLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.