ƏLİ HƏSƏNOVUN TEZLİKLƏ HƏBSXANADAN ÇIXACAĞI GÖZLƏNİLİR

17 mart tarixində Milli Məclis tərəfindən qəbul olunmuş Amnistiya aktı “İdeal” qəzetinin baş redaktoru Əli Həsənova da şamil olunsa da, baş redaktor hələ də azadlığa buraxılmayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (09 aprel) jurnalistin həyat yoldaşı Nərminə Həsənova məlumat verib. Onun sözlərinə görə, məhkəmədən sonra Ə. Həsənov 20 gün 1 saylı İstintaq təcridxanasında saxlanılmalı idi, lakin Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.  Azərbaycan Respublikasının Baş Prokurorluğu Ə. Həsənovun sənədlərini hazırlamaq üçün 5 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyindən redaktorun köçürülməsi ilə bağlı izahat tələb edir. İzahat verildikdən sonra Ə. Həsənov həbsxanadan çıxa bilər.
5 saylı cəzaçəkmə müəssisəsinin özünü təqdim etmək istəməyən əməkdaşı isə RATİ–yə bildirib ki, amnistiyaya düşən məhbuslar mərhələli şəkildə azadlığa buraxılır və 2-3 gün ərzində Ə. Həsənov da azadlığa buraxılacaq.
Qeyd edək ki, Ə. Həsənovun cəzasının bitməsinə bir ay vaxt qalıb.
Xatırladaq ki, Ə. Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabr ayının 14-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

MÜBARİZ MƏSİMOĞLUNUN MƏHKƏMƏ PROSESİ YENİDƏN TƏXİRƏ SALINDI

Next Post

“GÜNDƏLİK BAKI”-NIN XEYRİNƏ DAHA BİR QƏRAR ÇIXARILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.