“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (30 iyun) Nizami rayon Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların kadrlar idarəsini rəisi Nəsir Hüseynov  “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittihamı üzrə məhkəmə baxış iclası keçirildi.

Prosesdə iddiaçı tərəfi vəkil Əlirza Həbilov, cavabdeh tərəfi isə S.Əlibəyli təmsil edirdi.
Prosesdə “Nota” qəzetinin baş redaktor əvəzi S.Əlibəylinin səhhətində yaranan problemlə əlaqədar olaraq, məhkəmə baxış iclası 10 iyul saat 16:00-a təyin edildi.
Xatırladaq ki, iddiaya səbəb sözügedən qəzetin son saylarında gedən Daxili Qoşunlarla bağlı yazılan müəllif və araşdırma yazılarıdır.

Previous Post

MƏTBUAT ŞURASINA QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Next Post

MAHAL İSMAYILOĞLUNA SABAH HÖKM OXUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.