MAHAL İSMAYILOĞLUNA SABAH HÖKM OXUNACAQ

Bu gün (30 iyun) Abşeron rayon Məhkəıməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Musavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127 (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən şəxs M.İsmayıloğlu, onun hüquqlarını müdafiə edən “Media Hüquqları” İnstitutunun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəcibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanov iştirak ediblər.
Prosesdə təqsirləndirilən şəxs Mahal İsmayıloğlu və onun vəkilləri yekun çıxışlarında bildirdilər ki, sözügedən cinayət işi, tamamilə qərəz və şər-böhtandan ibarətdir və jurnalist fəaliyyətinə görə təqiblərə məruz qalıb. Məhkəmə istintaqının da obyektiv aparılmadığını vurğulayan təqsirləndirilən tərəf, cinayət işini xitam edərək bəraət  verilməsini, zərərçəkmiş şıxs qismində məhkəmədə iştirak edən N.Səfərovaya böhtançı kimi cinayət işi açılmasını və  N.Səfərovanın təzminat ödəməsi barədə qərar verilməsini məhkəmədən xahiş etdi.
Hakim Ş.Abbasov qərarın sabah – 01 iyul 2009-cu ildə elan olunacağını bildirdi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.

Previous Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

QƏNİMƏT ZAHİD QHT-LƏRİ BİRLİYƏ ÇAĞIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.