“NOTA” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Bu gün (13 iyul) Nizami rayon Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Daxili Qoşunlar komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, Daxili Qoşunların kadrlar idarəsini rəisi polkovnik Nəsir Hüseynov və Daxili Qoşunların maliyyə Xidmətinin rəisi Namiq Poladovun Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddiası üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Sərdar Əlibəylinin prosesin təxirə salmaq barədə vəsatətinin qəbul edən hakim, növbəti prosesi 20 iyul saat 16.00-a təyin edib.
 Xatırladaq ki, iddiaçılar “Nota” qəzetinin son aylarda nəşr olunmuş saylarında Daxili Qoşunlarla bağlı yazılarda şərəf və ləyaqətlərini ləkələyən  və onları nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Sərdar Əlibəyli barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediblər.
Previous Post

ELAN!!!

Next Post

MÜŞFİQ HÜSEYNOVA QƏZET VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.