MÜŞFİQ HÜSEYNOVA QƏZET VERİLMİR

Yaxın qohumları “Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovla görüşüblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin yaxın qohumu Cavidan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, M.Hüseynov saxlanma şəraitindən narazılıq etməyib. “Müşfiq səhhəti ilə əlaqədar cəzaçəkmə müəssiəsindəki  tibb məntəqəsində müalicəsini davam etdirir. O, həmçinin qəzetlərin verilməməsindən narazıdır. Belə ki, son üç həftədir ki, “Bizim yol”, “Exo” və “Zerkalo” qəzetlərini əldə edə bilmir. Həbsxana işçiləri bildiriblər ki, bu qəzetlərin verilməsinə Penitensiar Xidmətdən icazə verilmir” – deyən C.Hüseynov vurğuladı ki, M.Hüseynov bu məsələ ilə bağlı hüquq müdafəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla görüşmək istəyir.”
     Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov RATİ-yə bildirib ki, qəzetlərin verilməsi ilə bağlı Penitensiar Xidmətdən heç bir qadağa yoxdur. “Hər gün təxminən 15 adda qəzet-jurnal cşzaçəkmə müəssisələrinə göndərilir. Əgər hansısa məhbus başqa bir qəzetə abunə olmaq istəyirsə, bu məsələdə də heç bir problem yoxdur” – deyən M.Sadıqov məsələni araşdıracağını və problem varsa, həllinə çalışacağını vurğuladı.
     Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

“NOTA” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Next Post

“NOTA” QƏZETİNİN ƏVƏZİNƏ “P.S.NOTA” FƏALİYYƏTƏ BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.