MİLLƏT VƏKİLİNİ ŞANTAJ ETMƏKDƏ İTTİHAM OLUNAN ŞƏXSLƏRİN MƏHKƏMƏSİ BAŞLAYIB

Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə millət vəkili Əhəd Əhmədovun "Azərbaycan Cümhuriyyəti" qəzetinin təsisçisi Nüsrət Rəhimov, “Mühakimə” qəzetinin baş redaktoru Şəmsi Mirzəyev və digər təqsirləndirilən üç şəxs – Pənahov Rza, Muradov Zahid və Muradov Zabilə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Hazırlıq iclası zamanı digər təqsirləndirilən şəxslərin Əhəd Əhmədovun qohumları olduğu üzə çıxdı. Məhkəmədə təqsirləndirilən şəxslər onlara ittiham aktlarının verilmədiyini söylədilər. Hakim isə ittiham aktının onlara bu gün təqdim olunacağını bildirdi. Tərəflərin hüquq və vəzifələrini izah etdikdən sonra hakim prosesin 04 iyun saat 10. 30-da keçiriləcəyini elan etdi.
 RATİ Nüsrət Rəhimov və Şəmsi Mirzəyevin həbs edilərək məhkəmə istintaqına cəlb edilməsinin ədalətli olub-olmamağını dəqiqləşdirmək məqsədilə araşdırma aparır və araşdırmaların nəticələri barədə əlavə məlumat verəcək.
  Xatırladaq ki, N. Rəhimov Əhəd Əhmədovdan onun barəsində məqalə çap etməmək üçün 1500 ABŞ dollar alarkən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Sonradan Şəmsi Mirzəyev və digər şəxslər istintaqa cəlb edilərək həbs edilmişdilər. 
 

 

Previous Post

RATI BƏYANAT VƏ ANALİZ: PREZIDENTIN KİV HAQQINDA FƏRMANI İFŞA OLUNDU

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN BAŞ REDAKTORU BARƏDƏ CİNAYƏT İŞİ AÇILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.