“GÜNDƏLİK BAKI” QƏZETİNİN BAŞ REDAKTORU BARƏDƏ CİNAYƏT İŞİ AÇILIB

Yasamal Rayon Prokurorluğunda “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev barədə cinayət işi açılıb.

Cinayət işinin materiallarında Vəliyevin əsgər Əli Yusifova xəsarət yetirdiyi və nəticədə əsgərin çeçələ barmağından zədə aldığı göstərilir. Bu haqda məlumatı RATİ-yə qəzetin şef-redaktoru Ədil Hüseynli verib: “Baş redaktorumuz Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315.1 (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham olunur. Guya o Müdafiə Nazirliyinin istifadəsinə verilmiş ərazidə xeyir-şər evi tikdirmiş, bu il fevralın 25-də həmin xeyir-şər evi Müdafiə Nazirliyi İstismar İdarəsinin Mənzil İstismar Xidməti bölüyünün əsgərləri tərəfindən sökülərkən əsgər Yusifova xəsarət yetirmişdir”.
  Hüseynli mayın 21-də Vəliyevin Yasamal Rayon Prokurorluğuna çağırıldığını və həmin əsgərlə üzləşdirildiyini qeyd etdi. Üzləşdirmə zamanı isə əsgər Habil Vəliyevi tanımadığını bildirib. “Buna görə də vəkillərimiz cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verəcəklər”, – deyə Hüseynli əlavə edib.   

Previous Post

MİLLƏT VƏKİLİNİ ŞANTAJ ETMƏKDƏ İTTİHAM OLUNAN ŞƏXSLƏRİN MƏHKƏMƏSİ BAŞLAYIB

Next Post

HƏZİYEVİN HƏDƏLƏNDİYİ İDDİA EDİLƏN TELEFON NÖMRƏSİNDƏN RƏSMİ OLARAQ JURNALİSTƏ ZƏNG GƏLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.