“GÜNDƏLİK BAKI”-NIN DAHA BİR MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (10 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə çıxış edən cavabdeh tərəfin vəkili Ceyhun Cəfərov Hacı Mazan adlı şəxsin Ramazan Hüseyn oğlu Zeynalov olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənədin təqdim edilməsi  haqqında hakimə müraciət etdi. O, həmçinin yazılarda Hacı Mazan adının çəkildiyini xatırladaraq iddianın da Hacı Mazan adlı şəxs tərəfindən məhkəməyə təqdim edilməsinin vacib olduğunu qeyd etdi və iddianın əsassız olduğunu bildirdi. Hakim Svetlana Məmmədova növbəti məhkəmə prosesini 13 aprel saat 17:00-a təyin etdi.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Qeyd edək ki, hakim Xəqani Məmməmədov məzuniyyətə çıxdığı üçün iş hakim Svetlana Məmmədovanın icraatına verilib.
Previous Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİNDƏN GÖRÜNTÜLƏR

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR İDDİA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.