“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR İDDİA

Bu gün (10 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Bayram M” MMC-nin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi iddiası əsasında məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində iddiaçı tərəfin vəkili Rafiq Abdullayev, cavabdeh tərəfdən isə vəkil Ceyhun Cəfərov, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev iştirak edirdi. Prosesdə cavabdeh tərəf iddiaya səbəb olan "Cənubdakı Narkotik Marşurutu" və "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrin lingvistik ekspertizaya göndərilməsi ilə bağlı hakimə yazılı vəsatət təqdim etdi. İddiaçı tərəf isə məqalələrin ekspertizaya göndərilməsi ilə bağlı qərarı hakimin öhdəliyinə buraxdığını və cavabdeh tərəfin vəsatətə heç bir etirazının olmadığını bildirdi. Hakim Svetlana Məmmədova vəsatət ilə bağlı qərarı gələn məhkəmə prosesində veriləcəyini bildirdi və  məhkəmə  prosesini 13 aprel saat 17:00-a təyin etdi.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə qəzetdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN DAHA BİR MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

MÜŞAHİDƏ ŞURASININ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN ADINI YAXIN GÜNLƏRDƏ AÇIQLANACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.