Dünən (15 aprel) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı, Yasamal Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2 (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirilib.
Prosesdə zərərçəkmişlərdən M.Əsədova, təqsirləndirilənlər Şakir Abbasov, Mübariz Məsimoğlu və onun vəkili Hidayət Rüstəmbəyli iştirak edirdi.
Dövlət ittihamçısı Ələkbər Rzayev qaldırdığı vəsatəti təmin olunaraq iki polis nəfərini Qasımov Məhərrəm və Nəsirov Ceyhunu məhkəməyə çağırılaraq şahid qismində dindirildi. Onlar hadisənin harada və necə baş verməsi barədə ümumi məlumat verərək, bildirdilər ki, hadisənin şahidi olmayıblar, yalnız bir qadının (M.Əsədova) polisə müraciət etdiyinə görə Ş.Abbasovu, M.Məsimoğlunu Yasamal RPİ-nə aparıblar.
Qeyd edək ki, hakim T.İsmayılov əvvəlki məhkəmə proseslərində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşına foto çəkiliş aparmaq üçün icazə verməsinə baxmayaraq dünənki məhkəmə prosesində çəkilişin aparılmasına icazə vermədi. Məhkəmə zalında olan "Azadlıq" qəzetinin müxbiri Elçin Səlcuq foto çəkilişə icazə verilməməsinə öz etirazını bildirəndə, hakim T.İsmayılov onu məhkəmə zalından çıxardı.
Məhkəmə zalından çıxarılan Elçin Səlcuq Yasamal Rayon Məhkəməsinin sədrinə şikayət edəndən sonra məhkəmə zalına qaytarıldı.
Zərərçəkmiş Emil Carçıyev məhkəmədə iştirak etmədiyinə görə hakim növbəti prosesi 17 aprel saat 14:00-a təyin etdi.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E. Carçıyev arasında mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində M. Məsimoğluna qarşı CM-nin 221.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.