“AZADLIQ” RADİOSUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

Dünən (15 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun  “Azadlıq” radiosunun redaksiyasına qarşı qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin qərarından verdiyi şikayət əsasında məhkəmə prosesi keçirilməli idi.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Media Hüquqları İnstitutu”nun vəkili, “Azadliq”radiosunun səlahiyyətli nümayəndəsi Fariz Namazlı məlumat verib. F. Namazlının sözlərinə görə məhkəmə prosesin tarixi ona bildirilməmişdi və o, prosesdə iştirak edə bilməyib: “Bu səbəbə görə də məhkəmə təxirə salınlıb”.
Qeyd edək ki,  15 dekabr 2008-ci ildə Yasamal rayon Məhkəməsinin hakimi Abbas Bağırov Qamət Süleymanovun iddiasını qismən təmin edərək, “Azadlıq” radiosunun internet saytında təkzib verilməsi ilə bağlı qərar çıxarıb.
Xatırladaq ki,  “Azadlıq” radiosunun internet saytında dərc olunmuş “Kimdir xəvvariclər?” yazısında “Əbu Bəkr” məscidinin maraqlarına toxunduğunu iddia edən Q. Süleymanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Azadlıq” radiosunun internet saytında təkzib məqaləsinin dərc edilməsini və 50 min manat təzminat ödənilməsini istəyib.
Previous Post

“ATV” TELEKANALI VƏ “TUSİ” ADINA KLİNİKA MÖVQELƏRİNİ MÜDAFİƏ ETMƏKDƏ İSRARLIDIRLAR

Next Post

MÜBARİZ MƏSİMOĞLUNUN DAHA BİR MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.