BƏXTİYAR ƏLİYEVİN YOL POLİSİ VƏ AZTV-yə QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (27 avqust) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə  millət vəkili Bəxtiyar Əliyevin Baş Dövlət Yol Polis İdarəsi, Bakı Şəhər Yol Polis İdarəsi və Azərbaycan Dövlət Teleradio Şirkətinə qarşı (AzTV) qaldırdığı  iddiası əsasında məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçının vəkili Altay Muradov, cavabdeh tərəfdən isə Faiq Əliyev və Ədalət Sadıqov iştirak edirdi. Prosesdə AzTV-nin nümayəndəsi isə iştirak etmirdi.
Növbəti prosesi 10 sentyabr saat 10:00 təyin etdi.
Qeyd edək ki, yol polisi AzTv-də mütəmadi olaraq Bakı şəhərində yol hərəkatı qaydasının pozulmasına dair süjetlər nümayiş etdirir. Belə süjetlərin birində   B. Sadıqovun avtomobili də nümayiş olunub və millət vəkili bu addımı şəxsiyyətinin alçaldılması və təhqir edilməsi kimi dəyərləndirərək məhkəməyə müraciət edib.

Previous Post

MİLLƏT VƏKİLİNİN AZTV–YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ SABAH KEÇİRİLƏCƏK

Next Post

BU GÜN NAXÇIVANDA ÜÇ JURNALİST DÖYÜLÜB, AVADANLIQLARI İSƏ “MÜSADİRƏ” EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.